Zalujnı general Milli ilə görüşüb - Masada Ukraynanın qələbəsi var...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Baş Qərargah rəisi Mark Millli ilə ilk dəfə şəxsən görüşüb...

Görüş bu gün, yanvarın 17-də Polşada baş tutub. PİA.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, Zalujnı öz Facebook hesabında görüşlə bağlı hesabat yayıb.

Tərəflər Rusiyanın davam edən təcavüzü ilə bağlı yaranan vəziyyəti, eləcə də Ukrayna ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi yollarını müzakirə ediblər.

“Mən ABŞ və müttəfiqlərindən aldığı kömək və dəstəyə görə general Milliyə minnətdarlığımı bildirdim. Bundan əlavə, onun diqqətini Ukrayna Silahlı Qüvvələrinin bu gün malik olduğu və məmnuniyyətinin qələbənin əldə edilməsinə töhfə verə biləcəyi ehtiyaclara yönəltdim. Bu hərbi qarşıdurmada Rusiya üzərində”, deyə Zalujnı vurğulayıb.

Xatırladaq ki, ABŞ-dan Ukraynaya hərbi dəstək məsələləri ilə məhz general Milli məşğul olur. Onun vasitəçiliyi ilə texnika və silahların tədarükü təşkil edilir. O, hərbi hadisələrin gedişinə də nəzarət edir.

pia.az