Ursula fon der Lyayen: “Rusiyanın cinayətləri cəzasız qalmayacaq”

İndi Avropa artıq əvvəlki kimi Rusiyadan asılı deyil...

“Rusiyanın cinayətləri cəzasız qalmayacaq”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunun illik iclasında deyib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayanda hər kəs Kiyevin bir neçə günə alınacağını gözləyirdi, lakin ukraynalılar müqavimət göstərə bildilər: “Bir çoxları Avropanın dəstəyinin bu qədər sarsılmaz olacağına şübhə edirdi. Amma bu gün Ukrayna Avropa İttifaqına üzvlüyünə namizəddir. Avropa ölkələri isə Ukraynaya getdikcə daha çox silah verir, Rusiyaya qarşı ən güclü sanksiyaları tətbiq edirik və bu, Rusiya iqtisadiyyatını onilliklər ərzində davam edəcək ressesiyaya sürükləyir”.

Ursula fon der Lyayen vurğulayıb ki, indi Avropa artıq əvvəlki kimi Rusiyadan asılı deyil.

pia.az