Vyetnam Prezidenti istefa verib

O, 2016-cı il aprelin 7-dən 2021-ci il aprelin 5-dək Baş nazir olub...

Vyetnam Prezidenti Nquen Suan Fuk istefa verib.

“Report”un xəbərinə görə, məlumatı yerli “Tuoy çe” qəzeti yayıb.

Qeyd edək ki, Nquen Suan Fuk 1954-cü il iyulun 20-də anadan olub.

O, 2016-cı il aprelin 7-dən 2021-ci il aprelin 5-dək Baş nazir olub.

2021-ci il aprelin 5-də Vyetnam Sosialist Respublikası Milli Məclisinin XIV çağırışında Prezident seçilib.

pia.az