Ukraynanın vura bilmədiyi Х-22 raketlərini Rusiyaya Kiyev verib…

İşğalçıların əlində yüzlərlə Х-22,raketi var, onların bir hissəsi qaz borcu hesabını ödəmək üçün Rusiyaya Ukrayna tərəfindən verilib…

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat bildirib.

“Söhbət yüzlərlə raketdən gedir. Bizim raket arsenalımızda yüzlərlə X-22 raketləri də var idi. Biz həmin raketləri ruslara “qaz borcu”nu, ödəmək üçün verdik”.

İqnat qeyd edib ki, raketlərlə bilikdə onları daşıyan təyyarələri də Rusiyaya veriblər:

“O cümlədən raketlərlə birlikdə onları daşıyan və atəşləyən Tu-22m3 təyyarələrini də Rusiyaya vermişik.”, deyə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının spikeri deyib.

Maraqlıdır ki, Ukrayna yerdə qalan X-22 raketlərini utilizasiya edib.

“Yerə qalan raketləri zərərsizləşdirilib, onlar doğranaraq metal parçalarına çevrilib”, deyə Yuri İqnat vurğulayıb.

Qeyd edək ki, Ukraynanın X-22 raketlərini vurmağa imkanı yoxdur. Rusiya son olaraq bu raketlərdən Dnepr şəhərini bombardan edərkən istifadə edib. Çox mərtəbəli aşayış binasını vuran raket 30-dan artıq mülki insanın ölümünə səbəb olub.

pia.az