Neftin qiyməti fərqli dinamika nümayiş etdirib

Dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,31 % bahalaşaraq 1 bareli 84,72 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə əksinə 0,61 % düşərək 1 bareli 79,62 ABŞ dolları təşkil edib.

Treyderlərin əsas diqqəti Çin ilə bağlı statistikaya yönəlib, belə ki, neftin əsas idxalçısı olan bu ölkədə koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması neftə olan tələbə müsbət təsir edə bilər.

İnvestorlar həmçinin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün açıqlanacaq hesabatını gözləyir.

pia.az