İordaniya kralı Fələstin və İsraili danışıqlar masasına oturmağa çağırıb

Sülh prosesini beynəlxalq prioritet kimi qaytarmaq və iki dövlətli həll əsasında fələstinlilərlə israillilər arasında danışıqlara başlamaq lazımdır…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, İordaniya kralı II Abdullah bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk ilə görüşündə deyib.

Görüşdə İordaniya ilə ABŞ arasında strateji tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsinin və qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi müzakirə edilib.

pia.az