Kadırov hesab edir ki, Ukraynada “üçüncü dünya müharibəsi” gedir

Ramzan Kadırov Çin, Hindistan, Pakistan kimi böyük dövlətlərin münaqişədə iştirak etmədiyini də vurğulayıb…

Çeçenistanın lideri Ramzan Kadırov bildirib ki, əgər Ukraynanın Rusiya ilə hazırkı münaqişədə müttəfiqlərini dünya birliyi hesab etsək, o zaman bu hadisələri Üçüncü Dünya Müharibəsi adlandıra bilərik.

PİA.az xəbər verir ki, bu barədə siyasətçi bu barədə öz köməkçisinin sosial şəbəkəsindəki efirində bildirib.

“Bu gün Ukrayna münaqişəsində iştirak edən Avropa dövlətlərini götürsək, bunlar NATO bloku və digər əlaqəli dövlətlərdir, əgər bu dövlətləri dünya birliyi adlandırsaq, ondabunu deyə bilərik ki. Hazırda “üçüncü dünya müharibəsi” gedir”, deyə Kadırov qeyd edib. Onun fikrincə bu əslində elə belədir.

Eyni zamanda Ramzan Kadırov Çin, Hindistan, Pakistan kimi böyük dövlətlərin münaqişədə iştirak etmədiyini də vurğulayıb.

Xatırladaq ki, yanvarın 13-də Ramzan Kadırov istirahətə getdiyini açıqlayıb. Bu zaman Çeçenistan Respublikası başçının vəzifələrini respublika hökumətinin sədri Müslüm Xaçıyev yerinə yetirəcək.

pia.az