Kaliforniyada altı aylıq körpə də daxil olmaqla altı nəfər güllələnib

Kaliforniyanın mərkəzindəki evdə atışma nəticəsində altı aylıq körpəsi olan ana da daxil olmaqla altı nəfər ölüb. Yerli polis ən azı iki şübhəlini axtarır...

PİA.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Ölənlərdən ikisi küçədə, üçüncüsü qapıda, daha üç qurban evin içərisində öldürülüb. Qurbanlardan biri hələ sağ olsa da, sonradan xəstəxanada vəfat edib.

Yerli şerifin sözlərinə görə, qətllərdə narkotik alveri ilə əlaqəli dəstə iştirak edib.

pia.az