The Guardian: Rişi Sunak hökümətini tətillər burulğanına salır…

Böyük Britaniyanın baş naziri RiŞi Sunak ölkəni sonsuz tətillər silsiləsinə aparır...

PİA.az xəbər verir ki, bu qənaətə Britaniyanın The Guardian nəşrinin baş siyasi köşə yazarı Endryu Raunsli gəlib.

Jurnalist qeyd edib ki, Milad tətilləri zamanı hökumət həmkarlar ittifaqları ilə danışıqlardan imtina edib, çünki hökümətdə hesab edirıər ki, “vaxt onların tərəfindədir”.

“Hökümət üzvləri əmin idilər ki, etirazların liderləri uzun müddət narazılıq dərəcəsini saxlaya bilməyəcəklər. Bununla belə, 2023-cü ilin ilk günləri planlaşdırılmış tətillərin sayının artması və onların iştirakçılarının dairəsinin genişlənməsi ilə başladı. Hökumətin barışmazlığı fəhlə hərəkatının güclənməsinə səbəb oldu”, deyə Endryu Raunsli yazır.

Opinium soaial təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Britaniya vətəndaşları Milli Səhiyyə Xidmətinin əməkdaşlarının tətilinə böyük rəğbət bəsləyirlər. Respondentlərin böyük əksəriyyəti mövcud vəziyyətə görə hökuməti günahlandırır. Məqalə müəllifi qeyd edib ki, hətta həmkarlar ittifaqlarının tanınmış əleyhdarı, baş nazir Marqret Tetçer belə həkimlər və tibb işçiləri ilə münaqişəyə qədər heç vaxt gedib çıxmamışdı.

pia.az