ABŞ Ukrayna hərbiçilərinə böyük hücum üçün təlim keçəcək

General Milli: ABŞ Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə böyük hücum üçün təlim keçəcək…
“Ukrayna Silahlı Qüvvələrinin Avropada təlimi birləşmiş döyüş elementlərini əhatə edəcək və Ukrayna hərbçilərini Rusiya ordusunun mövqelərinə qarşı yeni irimiqyaslı hücuma hazırlamaq üçün nəzərdə tutulub”.

PİA.az xəbər verir ki, bunu Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley deyib. O bu barədə ABŞ Silahlı Qüvvələri The Washington Post qəzetinə müsahibəsində bildirib.

Pentaqonun Baş Qərargah rəisinin sözlərinə görə, gələn bütün silah və texnika qısa müddətdə Ukraynaya çatdırılmalıdır ki, yeni təlim keçmiş qüvvələr yaza qədər onlardan istifadəyə başlaya bilsinlər.

“Biz istəyirik ki, ukraynalılar öz ölkələrini uğurla müdafiə edə bilsinlər. Ukrayna yalnız işğal altında olan ərazilərni ələ keçirməyə çalışır”, deyə general Milli vurğulayıb.

Qeyd edək ki, ABŞ ordusunun Almaniyada Ukrayna hərbçilərinə döyüş hazırlığı keçmələri ilə bağlı dəfələrlə məlumat yayılıb.

Daha vəəl Associated Press-in məlumatında qeyd edlirdi ki, bu günə qədər ABŞ artıq 3100-dən çox Ukrayna hərbiçisinə haubitsalar, zirehli maşınlar və HIMARS sistemləri də daxil olmaqla, müəyyən növ silah və texnikanın istifadəsi və onlara qulluq edilməsi üzrə təlim keçib.

pia.az