Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü X.Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım göstərilib. Xəstənın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 40 yaşlı kişi həyat yoldaşına əsəbləşərək özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

pia.az