Ağcabədidə 43 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Ağcabədi rayonunda 43 yaşlı kişini avtomobil vurub...

"Report"un məlumatına görə, 1980-ci il təvəllüdlü Hüseynov Səbuhi Atəş oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

pia.az