Şərurda zavoddan oğurluq olub, saxlanılanlar var

Şərur rayonunda oğurluq hadisəsi baş verib...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı Şərur rayon Radio Zavodunun dəzgahlar və elektrik tənzimləyici qurğuların içərisində olan mis metalından ibarət olan hissələrin sökülərək oğurlandığı aşkarlanıb.

“Report”un Naxçıvan bürosunun məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarışı tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur şəhər sakinləri - Əbilov Mahmud Ramiz oğlu, Məmmədov Nurlan Elxan oğlu saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən digər şəxsin - Bakı şəhərində olan Ə.Musayevin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

pia.az