"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" komandası yeni futbolçu transfer edib...

Klubdan "Report"a verilən məlumata görə, "dənizçilər" David Qomisi heyətinə qatıb.

Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau" komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.

pia.az