BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb...

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində dərman preparatları olub. Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 9 avtomobil maneəsiz hərəkət edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

pia.az