FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA Türkiyə "Qalatasaray"ına müvəqqəti transfer qadağası qoyub...

"Fanatik" xəbər verir ki, buna İstanbul klubunun Lukas Torreyranın transferi zamanı uruqvaylı yarımmüdafiəçinin agentinə ödəniş etməməsi səbəb olub.

Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. "Cim-Bom" 18 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq.

Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.

pia.az