Qoyun oğruları həbs edildi

Baş Cinayət-Axtarış İdarəsi və Bərdə RPŞ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə həbs edilən şəxslərin daha bir cinayət faktı aşkarlanıb
PİA.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə həbs edilən Səbuhi İmranovun, Əvəz Qurbanovun və Fariz İbrahimovun avqustun 26-da Hacıqabul rayon sakini Elməddin Hüseynovun həyətindən 13 baş qoyun oğurlamaları da müəyyən edilib.