Mançester Siti-nin futbolçusu təcavüz ittihamından sonra bəraət qazandı

İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti-nin fransalı futbolçusu Benjamin Mendi 6 zorlama və bir münaqişə ittihamlarından sonra bəraət alıb...

PİA.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqa komandası Mançester Siti-də çıxış edən fransalı futbolçu Benjamin Mendi İngiltərənin şimal-qərbindəki Chester Crown Məhkəməsində yeddi gənc qadına qarşı səkkiz dəfə zorlama, bir dəfə cinsi təcavüz və bir dəfə zorlama cəhdi ittihamı ilə mühakimə olunub. Lakin 28 yaşlı futbolçuya bəraət verilib.

Münsiflər heyəti bir qadını zorlamaq və başqa bir qadını zorlamağa cəhd etmək ittihamı ilə bağlı hökm çıxara bilmədiyi üçün Mendi ikinci dəfə mühakimə olunacaq.

pia.az