Bakıda tədris kursunun binasındakı güclü yanğın söndürüldü - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub...

Bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda tədris kursunun binası yanır.

Hazırda əraziyə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları cəlb edilib.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, hadisə Məhəmməd Naxçıvani 1 ünvanında baş verib. Nəticədə tədris kursunun bir neçə otağı yanmağa başlayıb.

Hazırda əraziyə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları cəlb edilib.

Görüntüləri təqdim edirik:

pia.az