Vardanyanın fəaliyyətinə Paşinyan səviyyəsində narazılıq edilir…

İlk dəfədir ki, Paşinyanın dilindən separatçılara qarşı belə bir irad səsləndirilir...

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Rusiyanın göndərdiyi Ruben Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda iddiham etməsi Kremlin canişinini qəbul etmədiyini göstərir”.

“Qarabağa müəyyən bir missiya ilə göndərilən Ruben Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Paşinyanın Vardanyan fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Paşinyan separatçıların rəhbərliyinə, daha doğrusu Vardanyanın ünvanına verdikləri bəyanatlara fikir vermək çağırışını edib. Paşinyan bildirib ki, Qarabağdan verilən bəyanatlar son nəticəni əldə etmək üçün heç bir xeyir vermir. İlk dəfədir ki, Paşinyanın dilindən separatçılara qarşı belə bir irad səsləndirilir.

Bəs bu iradın arxasında nə dayanır? Demək olarmı ki, artıq Vardanyanın fəaliyyətinə Paşinyan səviyyəsində narazılıq edilir?

Başlanan Paşinyan-Vardanyan mübarizəsini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Ermənistan Baş naziri Ruben Vardanyandan narazıdır və onun fəaliyyəti növbəti mərhələdə Nikol Paşinyana qarşı çevrilə bilər”.

Ermənistan Baş naziri bu mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməli olduğunu düşünən politoloq PİA.az- açıqlamasında qeyd edib ki, Nikol Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır:

“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Rusiyanın göndərdiyi Ruben Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda iddiham etməsi Kremlin canişinini qəbul etmədiyini göstərir. Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz. Ümumiyyətlə Ermənistan Baş naziri Ruben Vardanyandan narazıdır və onun fəaliyyəti növbəti mərhələdə Nikol Paşinyana qarşı çevrilə bilər. Bunu Nikol Paşinyan bilir və ona görə də Ruben Vardanyana qarşıdır.

Göründüyü kimi, Ermənistan Baş naziri bu mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir. Amma, Baş nazir Nikol Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ Azərbaycan üçün bitib.

Ermənistan müxalifəti “Madrid prinsiplərini” və digər məsələləri qabardır. Qeyd edim ki, “Madrid prinsiplərini” və müharibədən əvvəl Minsk qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Çünki, “Madrid prinsiplərində” Qarabağın statusu yalnız danışıqlar yolu ilə münaqişə həll ediləcəksə, müzakirə obyekti ola bilərdi. Sonradan bu referendum məsələsidə hüquqi müstəviyə görə danışıqlar prosesindən də çıxarılmışdi.

Məhəmməd Əsədullazadə: “Azərbaycanda “Laçın dəhlizi”ni humanitar məsələlər istisna olmaqla bağlamaqla Vardanyanın əli ilə Rusiyanın planın qarşısını alıb”.

Ermənistan tərəfi və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir. Bu mümkün deyil. Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilir. Rusiya tərəfindən Qarabağa göndərilən Ruben Vardanyanın Xankəndində qalması hər gün ermənilərin əleyhinə işləyir. Özü də bunun fərqindədir və Rusiyanın təsirindən çıxa bilmir. Qarabağa müəyyən bir missiya ilə göndərilən Ruben Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir.

Azərbaycanda “Laçın dəhlizi”ni humanitar məsələlər istisna olmaqla bağlamaqla Vardanyanın əli ilə Rusiyanın planın qarşısını alıb. Qarabağda erməni icmasına status tələb edilməsi və geri addım atilmaması yaxın perspektivdə onlar üçün ciddi mənfi fəsadları olacaq. Prezident İlham Əliyev bu istiqamətdə siyasəti regionda sülhün əldə edilməsinə və sabitliyin bərqərarına əsaslanır”.

Nərminə UMUDLU pia.az