Avropada təbii qazın qiyməti 4 %-dək artıb

Yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb...

Avropada təbii qazın qiyməti 4 %-dək yüksəlib.

"Report” "ICE London" Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri günə 1000 kubmetr üçün 773,7 dollar (+3,7 %) səviyyəsində ticarət olunmaqla başlayıb. Daha sonra təbii qaz 779 dollaradək bahalaşıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 746 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.

pia.az