FHN: Ötən sutka 20 yanğına çıxış olub

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib...

Ötən sutka ərzində 20 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib, Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

pia.az