Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

pia.az