Milli parklarda üç yeni turist marşrutu açılacaq

Şahdağ, Göygöl və Qızılağac milli parklarında yeni marşrutun olması planda var...

“Milli parklarda üç yeni turist marşrutunun açılması nəzərdə tutulub”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Xidmət rəisi bildirib ki, Şahdağ, Göygöl və Qızılağac milli parklarında yeni marşrutun olması planda var:

“2022-ci il ərzində isə milli parklarda ümumilikdə 14 yeni turist marşrutu yaradılıb”.

pia.az