Xəzərdə ölü suitilərin aşkarlanması araşdrılır

Suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib.

PİA.az xəbər verir ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, suitilərin ölüm səbəbləri araşdırılır: "Analizlər götürülüb. AQTA tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur".

Xidmət rəisi qeyd edib ki, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb: "Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək".

pia.az