Vaşinqton “Vaqner qrupu”nun fəaliyyətini neytrallaşdırmaq üzərində işləyir...

ABŞ Dövlət Departamenti “Vaqner qrupu”nun Serbiyada muzdlu əsgər toplamasından narahatdır…

““Vaqner” Özəl Hərbi Şirkəti ABŞ hakimiyyətini narahat edir, ona görə də Vaşinqton onun fəaliyyətini neytrallaşdırmağa çalışır”.

PİA.az xəbər verir ki, bunu Dövlət Departamentinin müşaviri Derek Şollet Serbiyaya səfəri zamanı deyib. Qeyd edək ki, Şolletin sözləri Serbiya mətbuatında yer alıb.

“Biz bu qrupun həm Serbiyada, həm də dünyanın başqa yerlərində muzdlu əsgər topladığını görürük və bundan narahatıq”, deyə Şollet fikrini izah edib.

Dövlət Departamentinin müşaviri qeyd edib ki, ABŞ Belqradla və “Vaqner”in aktiv olduğu digər ölkələrlə qruplaşmanın fəaliyyətlərinə son qoymaq üçün əməkdaşlıq etməyə şalışır.

Qeyd edək ki, “Politico” qəzeti diplomatik yazışmalara istinadən daha əvvəl yazmışdı ki, ABŞ-ın yüksək vəzifəli şəxsləri “Vaqner qrupu”nun Ukraynadan kənarda, o cümlədən Serbiya və Mərkəzi Afrika Respublikasında hərəkətlərini və fəaliyyətlərini getdikcə daha çox izləyirlər.

pia.az