Qubada 25 yaşlı qız intihara cəhd etdi

Qubada gənc qadın intihara cəhd edib.

“Report”un əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü N.H. yaşadığı evin həyətində yerləşən tövlənin tavanından kəndirlə özünü asmağa çalışıb. Lakin o, ailə üzvləri tərəfindən aşkar edilərək ipdən azad edilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az