İngiltərədə 100 min dövlət işçisi tətil edəcək

Tətil qərarlarının bir-birinin ardınca açıqlandığı İngiltərədə 100 min dövlət işçisinin tətil edəcəyi bildirilir...

PİA.az Reuters-ə istinadən xəbər verir ki, İngiltərənin İctimai və Biznes Xidmətləri Birliyi (PCS) 24 dövlət qurumunda çalışan 100 min üzvünün əmək haqqı, pensiya və iş təhlükəsizliyi ilə bağlı şikayətlər fonunda fevralın 1-də tətil edəcəklərini açıqlayıb.

Xəbərə görə, ölkədəki yüksək inflyasiyanın kompensasiyası üçün maaş artımlarının baş tutmaması səhiyyədən dəmir yoluna qədər bir çox sektorda çalışan ingilis işçilərin tətilə çıxmasına səbəb olub.

Minlərlə təcili yardım işçisi də dünənki tətillərinin ikinci gününü qeyd edib. Şotlandiyada isə müəllimlərin tətili məktəblərin bağlanmasına səbəb olub.

PCS-in baş katibi Mark Servotka bu gün bir hökumət naziri ilə görüşəcəyini və həmkarlar ittifaqı üzvlərinə təklif olunan maaşın artırılması halında mübahisənin həll ediləcəyini söyləyib.

pia.az