Rusiya məcburi hərbi xidmət üçün yaş həddini qaldırır

Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazırlaşır...

PİA.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov məlumat verib.

Belə ki, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığının 30-a çatdırılması nəzərdə tutulur.

Həmçinin, aşağı yaş həddi 18-dən 21-ə qaldıra bilər.

pia.az