Piştaxtasında siçan aşkarlandığı iddia edilən mağaza “Araz Supermarket" şəbəkəsinə məxsusdur? - Video    

Kartof piştaxtasında siçan aşkarlandığı iddia edilən mağazanın “Araz Supermarket" mağazalar şəbəkəsinə məxsus olduğu iddia edilir. 

Pravda.az-ın xəbərinə görə, bu barədə video sosial şəbəkədə yayılıb. 

Bildirilib ki, bu, anti-sanitar vəziyyətin göstəricisidir. 

Məsələ ilə bağlı “Araz Supermarket" şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə sorğu verilib.

pia.az