Krasnoyarskda temperatur mənfi 73 dərəcəyə düşdü

Şaxta o qədər güclüdür ki, bayırda nəfəs almaq çətinləşir...

Rusiyanın Krasnoyarsk vilayətində termometrlər mənfi 73 dərəcəni göstərib.

Essey qəsəbəsinin sakinləri bildiriblər ki, şaxta o qədər güclüdür ki, bayırda nəfəs almaq çətinləşir.

Eyni zamanda, istilik yalnız sosial obyektlərə verilir, yaşayış binaları isə odunla qızdırılır.

pia.az