FHN: Ötən sutka 19 yanğına çıxış olub, 17 nəfər xilas edilib

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 17 nəfər xilas edilib...

Ötən sutka ərzində 19 yanğına çıxış, altı halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 17 nəfər xilas edilib, yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, bir nəfər tüstüdən zəhərlənib. Həmçinin, Ağcabədi rayonunun Muğanlı kəndində “Mercedes-Benz” və VAZ markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

pia.az