ABŞ-da altı həmkarı ilə cinsi əlaqədə olduğu üçün polis qadın işdən qovulub

Tennessi ştatında qadın polis altı həmkarı ilə intim münasibətdə olduğu üçün işdən çıxarılıb…

PİA.az Daily Star nəşrinə istinadənxəbər verir ki, işdən çıxarılan qadın pöolis evli olub.

Tabloidin yazdığına görə, qadın intim təmasda olduğu həmkarları ilə “səmimi” şəkillər mübadiləsi aparıb, həmçinin iş saatlarında həmkarları ilə cinsi əlaqədə olub.

Daily Star polis idarəsinin rəhbərliyinin bununla bağlı araşdırma apardığını, nəticədə qadın asayiş keşikçisinin 4 sevgilisinin də işdən qovulduğunu yazır. Qadının digər iki sevgilisi isə işdə saxlanılsalar da, onların da haqqında araşdırma aparıldığı və hazırda xidmətdən kənarlaşdırıldıqları bildirilir.

Nəşrin yazdığına görə polis qadın öz həmkarları ilə otel otaqlarında və sevgililərinin evlərində cinsi əlaqədə olub. Bir hadisə yaxtada, digərləri isə iş yerində baş verib.

pia.az