Leyla Yunus dostlarına müraciət göndərib

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus “Vicdan Məhbuslarının Müqavimət Strategiyası” (VMMS) adlı yeni müraciət göndərib
Repressiyaların gücləndiyini iddi edən L.Yunus müdafiə komitəsinin köhnə strategiyasının işə yaramadığını bildirib və mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH) yaradılmasını təklif edib.PİA.AZ "Turan"a istinadən bildirir ki, L.Yunus müraciətinin vəkillər vasitəsilə həbsdə olan siyasi məhbuslara təqdim olunmasını, hərəkata dəstək olmağı və KİV-lərdə işıqlandırılmasını xahiş edib. Müdafiə komitələrinə hərəkat üzvlərinin siyahılarının tərtib olunması təklifi irəli sürülüb.Hərəkat adından AŞ Baş katibinə, AŞPA sədrinə Azərbaycanda repressiyaların dinamikasını göstərməklə Azərbaycanın AŞ Nazirlər Komitəsinə rəhbərliyinin yolverilməz olması haqda müraciətlər hazırlanması, deputatlar arasında paylanması təklif edilib. Hərəkat adından müvafiq Avropa Oyunları komitələrinə, bütün Avropa ölkələrinə, AŞ-ın hər bir komitəsinə ayrıca müraciətlər hazırlanması tövsiyə olunub.L.Yunus hamıdan müqavimət göstərmək xahişi edərək həbsdə müqavimətsiz keçinməyin mümkünsüz olduğunu qeyd edib.