Medvedev: Ukraynaya verilən “Leopard” tankları tezliklə metal tullantısına çevriləcək

Rusiayanın sabiq prezidenti “Leopard” tanklarını modernləşdirilən T-72 tanklarının anolaoq adlandrıb...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Qərb dövlətlərinin Ukraynaya tədarük etdiyi “Leopard” tankları tezliklə “paslanmış metal qırıntılarına” çevriləcək.

PİA.az xəbər verir ki, Medvedev bu fikirlərini öz Telegram kanalında paylaşıb.

“Dünən mən qeyd eləmişdim ki, “Leopard” tankları düşmənlərimiz tərəfindən modernləşdirilən T-72 tanklarının anolaoqudur.  Bu tanklar bir növ ingilis likvidləridir. Bütün bu dəmir yığını tezliklə paslanmış metal tullantısına çevriləcək və bu tanklar dağılan süni ölkəni xilas etməyəcək”, deyə Medvedyev öz kanalında yazıb.

pia.az