Moldova Rusiya qoşunlarının Dnestryanıdan sülh yolu ilə çıxarmaq istəyir

Moldova rus qoşunlarının Pridnestrovyedən sülh yolu ilə çıxarılmasına çalışacaq…

Moldova hakimiyyəti rus qoşunlarının Pridnestrovyedən yalnız dinc yolla çıxarılmasına nail olmaq niyyətindədir.

PİA.az xəbər verir ki, bunu Moldova Xarici İşlər naziri Nikolay Popesku TV-8 kanalının efirində deyib. Eyni zamanda nazir etiraf edib ki, danışıqlarda irəliləyiş əldə etmək çox çətindir, çünki Ukraynada münaqişə başlayandan sonra Kişinyov Moskva ilə münasibətləri dondurub, ünsiyyəti yalnız səfirliklər səviyyəsində saxlayır.

“Rusiya qoşunlarının Moldova ərazisində qeyri-qanuni mövcudluğu həm Kişinyov, həm də region üçün qeyri-sabitlik amilidir”, deyə Nikolay Popesku vurğulayıb. Nazir bildirib ki, bu məqsədə nail olmaq üçün yeganə yol Rusiya tərəfi və Pridnestrovie ilə danışıqlar aparılmasıdır.

Rusiya sülhməramlıları Dnestryanı münaqişə zonasına Moldova ilə imzalanmış “Moldova Respublikasının Dnestryanı regionunda silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında” 1992-ci il 21 iyul tarixli sazişə əsasən gətirilib. Həmçinin regionda minə yaxın əsgər və zabiti olan Rusiya Qüvvələrinin Əməliyyat Qrupu (OQRV) var. Onlar sovet qoşunları Avropa ölkələrindən çıxarıldıqdan sonra oradan çıxarılan sursat anbarlarının mühafizəsi ilə məşğul olurlar.

Bundan əvvəl tanınmamış Pridnestroviya Moldova Respublikasının rəhbəri Vadim Krasnoselski təmsil etdiyi qurumun qan tökülmədən beynəlxalq səviyyədə tanınmasına nail olacağına ümid etdiyini bildirib. O, hadisələrin oxşar nəticəsi üçün dua etməyə də çağırıb.

pia.az