“Rauf Mirqədirov Leyla Yunusla üzləşdirilməyib”

“Rauf Mirqədirovun bu işlə bağlı saxlanılan digər şəxslərlə üzləşdirilməsi istintaqın işidir. Məndə olan məlumata görə, belə bir proses hələ baş tutmayıb”
PİA.AZ bildirir ki, bu barədə Modern.az-a tanınmış jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verdi.Vəkil həmçinin günün ikinci yarısında müvəkkilinə baş çəkəcəyini də açıqladı.Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur. Bu məsələylə bağlı hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da saxlanılıb.