Paşa Talıblı: "Alnımız köhnəlir, yavrum!" - Yeni şeirlər

Fanilik duyğusu...

...hər vaxt olduğum yerdəyəm - astarı sökülmüş yerdə....başqa-başqa uzaqlar da,bətnimə bükülmüş yerdə.

Heç vaxt harda olduğumdanxəbərim olmur deyinəm -deyəm: fanilik budumu,budumu ömür deyilən?

...fəhmin fəzli çox şeydədi-biri elə adımdadı.Əslində, harda olduğumolduğu tək yadımdadı...

...ömürdü- salnaməsi yox!...damarını şübhə kəsdi....hər yerdə yazılmış adım,məni unutmağa bəsdi.

Qalıb sonda dirilincə..

...görən hansı irəlidi;ağız yoxsa dil irəli?...qalıb sonda dirilincə,get hamıdan öl irəli!

...kimi güldən balı çəkir,kimi qeylü-qalı çəkir!...qayış dalı-dalı çəkir,ha dartsa da kəl irəli.

Görən, ərzin harasıdı;çöldü ya ov bərəsidi?...dünya veyil dərəsidi-get arxaya, gəl irəli!

Süfrə...

Eh, mənim aclığım təzə ki deyil...Eh, toxun xəbəri yoxdu ki acdan!...mənim gecə-gündüz yediyim dərddi -yeyib dolanıram dərdi bir ucdan!

Mən öz dərdlərimi yeyirəm hər gün,yeyirəm-içirəm doymuram dərddən!...dərdnən saxlayıram canımı, neylimcanım korluq çəksin qoymuram dərddən!

Bax ,süfrəmdə dərd var nə qədər desən;yenə başdan-başa süfrəm doludu....çəkib ciyərini sökürəm dərdin!Yediyim bu tikə dərdin qoludu...

...uzanıb yatıram qarnımın üstdə!Eh, Allah nə xəbər alacaq acdan?Mənimki gətirib - ölən deyiləm!Yeyib dolanıram dərdi bir ucdan!

Kefli gecə...

...dünənki gecədən qalanişıqlar - küçənin gözü!...bir az ay sapsarı, əyri,bir az da gecənin özü!

...qovulandımı qovasan?!Vaxt özü gələr, keçər!...yenə ağlımın ucundanhamı yox, özgələr keçər!

...hamıdan yox, özgələrdənbir xəbər alım, almayım?...soruşum: niyə qəribəm?!Burda yurd salım, salmayım?

...gecənin harasındayam?Saat neçədir, görən?...ayı sapsarı, yarımçıq!Bu hansı gecədir, görən?

Amma mənə nə lazımdı?Hər məndən keçənin izibir az ay, göy üzü, təklik,bir az da gecənin özü!

Alnımız köhnəlir...

...daş kitabələr də demir,nədir bu alın yazısı;Tanrının bu başıaçıqayağı yalın yazısı.

...yazıya şəkk eləmə,şəksiz düşmür, şəkkə şükür!Yəqin Tanrı bilənlərdi,alnımıza şəkli düşür.

Eh, xətti də, xəttatı da...Dərindi kökləri, yavrum!...yazısı yenə oxunur,alnımız köhnəlir, yavrum!

Paşa Talıblı

pia.az