Xaçmazda kişi meyiti tapılıb

Faktla bağlı araşdırma aparılır...

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Şıxlı kənd sakini 1987-ci il təvəllüdlü Anar Mübariz oğlu Məstəliyevin özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal edilir.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az