Putinlə Rəisi bölgədəki nəqliyyat layihələrini müzakirə ediblər

Prezidentlər enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin ardıcıl həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər...

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Söhbət zamanı Rusiya-İran gündəliyinin aktual məsələləri, ikitərəfli əməkdaşlığın bütün spektri nəzərdən keçirilib.

Xüsusilə, prezidentlər enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin ardıcıl həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Beynəlxalq məsələlərin müzakirəsi zamanı hər iki tərəf Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində qurulmuş sıx koordinasiyanı müsbət qiymətləndirib. Suriya Ərəb Respublikasında vəziyyətin normallaşdırılması və ərazi bütövlüyünün bərpası məqsədilə əməkdaşlığı davam etdirmək niyyəti ifadə olunub.

Həmçinin, bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi razılaşdırılıb.

pia.az