İstanbul terrorunda ABŞ nömrəsindən “WhatsApp” vasitəsilə təlimat alınıb

İstanbulun İstiqlal prospektində terror aktı noyabrın 13-də baş verib...

Ötən ilin noyabrında Türkiyənin İstanbul şəhərində törədilən partlayışda şübhəli bilinən qadın ABŞ nömrəsindən “WhatsApp” vasitəsilə təlimat alıb.

Bu barədə saxlanılan Alham Albaşirin ifadəsində qeyd edilir.

O, dindirmə zamanı bildirib ki, Kürdüstan Fəhlə Partiyasının Mənbicdəki liderlərindən biri olan “Hacı” ləqəbli terrorçu ona İdlibə, oradan da qanunsuz olaraq Türkiyəyə keçməyi və əlavə göstərişləri gözləməyi barədə təlimat verib:

“Mənə bir az pul və mobil telefon verdi. Telefonda iki ABŞ nömrəsi üzərindən “WhatsApp” mesencerləri quraşdırılmışdı. Hacı mənə dedi ki, səninlə danışmadan əvvəl mesaj kimi üç nöqtə atacağam, bil ki, bundan sonra zəng edən mənəm”.

Xatırladaq ki, İstanbulun İstiqlal prospektində terror aktı noyabrın 13-də baş verib. Partlayış nəticəsində altı nəfər həlak olub, 80-dən çox insan yaralanıb. (Hürriyet)

pia.az