Türkiyənin terrorçulardan təmizlədiyi ərazilərə 550 minə yaxın suriyalı geri dönüb

Türkiyə Suriyada sabitlik və sülh mühiti yaranana qədər qardaşlıq və insanlıq öhdəliklərini yerinə yetirməyə davam edəcək...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, indiyədək Türkiyənin Suriyada terrorçulardan təmizlədiyi ərazilərə 550 minə yaxın suriyalı geri dönüb.

pia.az