ABŞ-da texniki problem səbəbindən bütün uçuşlar ləğv edilib

Birləşmiş Ştatlarda bilinməyən vaxta qədər bütün aviauçuşlar dayandırılıb…

PİA.az xəbər verir ki, NBC telekanalının adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, texniki nasazlıq səbəbindən ABŞ-a bütün uçuşlar ləğv edilib.

Bildirilir ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) pilotlar üçün xəbərdarlıq sistemində kompüter nasazlığından bəhs edib. Nasazlıqlar əsasən NOTAM bildirişlərində qeydə alınıb.

Telekanalın məlumatına görə, insidentdən sonra ABŞ-a bütün reyslərin uçuşu dayandırılıb.

NOTAM bildirişlərində naviqasiya avadanlığının vəziyyəti, hava gəmisinin texniki xidməti haqqında məlumatlar var və bu məlumatlar hava gəmisinin ekipajlarına və personalına ötürülür.

pia.az