Hafiz Hacıyev Elşad Musayev ilə görüşdü - Fotolar

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev arasında görüş keçirilib

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edildi. O cümlədən hər iki partiya sədri Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı ölkə prezidentinin verdiyi fərmanı təqdirəlayiq hesab edib. Lakin qeyd edilib ki, oradakı məsələlərin yerinə yetirilməsi, Qərbi Azərbaycana qayıdış məsələsində oraya təyin edilmiş sədri yerində olmayan adamdır. Çünki onun Qərbi azərbaycanlıların hamısının etimadını doğrultmayan adam kimi tanındığı vurğulanıb.

Həm Müasir Müsavat Partiyası, həm də Böyük Azərbaycan Partiyası belə qərara gəlib ki, bundan sonra ölkə prezidentinin Qərbi Azərbaycanla bağlı verdiyi fərmanın yerinə yetirilməsi üçün bütün imkanlarından istifadə edəcəklər. Hər iki partiya çalışacaq ki, prezidentin fərmanı tam layiqincə yerinə yetirilsin.

##galery##

pia.az