Ukraynanın tanınmış aktyoru döyüşlərdə ağır yaralanıb

Ukraynanın tanınmış aktyoru Dmitri Linartoviç döyüşlərdə ağır yaralanıb...

"Report” UNIAN-a istinadən xəbər verir ki, o, qardaşları ilə birlikdə Donetsk vilayətinin Soledar şəhərinin müdafiəsində iştirak edirdi.

Aktyorun beyin silkələnməsi keçirdiyi bildirilir.

D.Linartoviç ukraynalılara göndərdiyi videomesajda qalib gələcəklərini vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə keçən il fevralın 24-də başlayıb.

pia.az