Qusar sakini hovuza düşərək ölüb

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər...

Qusar sakini hovuza düşərək ölüb.

PİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

pia.az