ABŞ-da neftin 2023-cü il üçün qiymət proqnozu dəyişdirilib

ABŞ Energetika Nazirliyi Brent markalı neftin 2023-cü il üçün qiymət proqnozunu aşağı salıb…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, ABŞ Energetika Nazirliyi 2023-cü il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu əvvəlki 92,36 dollardan 83,1 dollar/barelə endirib.

Dekabrda cari il üçün WTI markalı neftin orta qiyməti ilə bağlı proqnoz 86,36 dollardan 77,18 dollara endirilib.

2024-cü il üçün proqnoza görə isə Brent neftinin qiyməti 77,57 dollar/barelə, WTI neftinin qiyməti 71,57 dollar/barelə bərabər olacaq.

Qeyd edək ki, 8 dekabr 2022-ci ildə Brent markalı neftin qiyməti 27 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

Yanvarın 6-da Rusiyanın Urals markalı nefti bir barel üçün təxminən 38 dollara satılıb. Baxmayaraq ki, həmin gün dünya standartı Brent markalı neftin bir barreli 78,57 dollar dəyərində idi.

pia.az