Yevlax xəstəxanasının şöbə müdiri qətlə yetirilib - Yenilənib

Əməliyyat axtarış tədbirləri həyata keçirilir...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya həkimin öldürülməsi faktını təsdiqləyib.

Bildirilib ki, hazıda həmin faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

***

Yevlaxda həkim qətlə qətirilib.

APA xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az