Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edildi

Prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib...

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.

Bu barədə PİA.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ucar rayon prokurorunun köməkçisi Aysel Həsənova bu vəzifəyə təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq olunub.

Qeyd edək ki, Aysel Həsənova ilə yanaşı 5 nəfər qadın əməkdaş da vəzifədə irəli çəkilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin müvafiq şöbələrində prokuror vəzifələrinə təyin olunublar.

Ümumiyyətlə, prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib. 2020-ci ilin may ayından hazırkı vaxtadək 41 nəfər qadın əməkdaş vəzifədə irəli çəkilib, onlardan 9 nəfər rəhbər vəzifələrdə çalışır.

pia.az