ABŞ-ın 2 ştatında TikTok qadağan edildi

ABŞ-ın Nyu Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan TikTok-a daxil olmaq qadağan edilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində yerləşən sosial media tətbiqi TikTok ABŞ-ın Nyu Cersi və Ohayo ştatlarında qadağan edilib.

Nyu Cersi ştatının qubernatoru Fil Merfi Çinin “ByteDance” şirkətinin TikTok tətbiqinə rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb:

“Çin hökumətinin ByteDance-dən tələb edə biləcəyi istifadəçi məlumatları ilə bağlı milli təhlükəsizlik narahatlıqları var”.

Ohayo qubernatoru Mayk Divayn da platforma istifadəçilərinin məlumatlarının cihazlarda saxlanması ilə yerli və milli kibertəhlükəsizlik təhdidlərinin yaradıldığını iddia edib.

Mövzu ilə bağlı TikTok səlahiyyətliləri tərəfindən verilən açıqlamada qadağalardan məyus olduqları və tətbiqdə heç bir kiber təhlükəsizlik təhdidinin olmadığı bildirilib.

Viskonsin ştatının qubernatoru Tony Evers də digər ştatların qəbul etdiyi qərarlara uyğun olaraq ABŞ-da 100 milyondan çox istifadəçisi olan TikTok tətbiqini rəsmi qurumlara aid cihazlardan qadağan etməyi planlaşdırdıqlarını açıqlayıb.

pia.az